Suriya ordusu (devrilmiş Bəşər Əsəd rejiminə bağlı qüvvələr – red.) Homs vilayətinin müxalifət tərəfindən ələ keçirilməsindən sonra heç bir yerdə müqavimət göstərmədi.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri bildirib.
“Suriya hökuməti bir araya gələrək? qərar qəbul etdi ki, paytaxtda heç bir müqavimət göstərilməyəcək. Bunun əvəzinə, bütün hökumət və müxtəlif sektorlar rəsmi şəkildə təhvil veriləcək. Bu qərar baş nazirin bəyanatı vasitəsilə ictimaiyyət və silahlı qüvvələrə çatdırıldı. Hesab edirəm ki, Suriya müdrik bir qərar qəbul edib. Ordu müqavimət göstərmədikdə, xalq da müqavimət göstərə bilmir. Belə şəraitdə qan tökülməsini dayandırmaq və müxtəlif yerlərin və mərkəzlərin dağıdılmasının qarşısını almaq daha yaxşıdır”, - deyə diplomat qeyd edib.