Suriyanın keçmiş prezidenti Bəşər Əsəd və ailəsinə sığınacaq verilməsi barədə qərarı Rusiya Prezidenti Vladimir Putin verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin sözçüsü qeyd edib ki, Putinin rəsmi cədvəlində Əsədlə görüş yoxdur.
Peskov “Putin sonuncu dəfə Əsədi nə vaxt görüb və onunla əlaqə saxlayıb” sualına cavab verməyib.
Rusiya prezidentinin sözçüsü Əsədin harada olduğunu açıqlamayıb.
Peskov yeni hakimiyyətlə münasibətlərdən danışarkən deyib: “Rusiya Suriyada öz ordusunun təhlükəsizliyini təmin edə bilənlərlə əlaqələr qurur”.