9 Dekabr 15:07
285
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gürcüstan ABŞ ilə münasibətləri keyfiyyət baxımından yenidən başlamaq və əsl strateji tərəfdaşlıq barədə danışmaq istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
O bildirib ki, ABŞ ilə münasibətlərin istiqaməti olmalıdır.

“Biz dəqiq bilməliyik ki, strateji tərəfdaşlıq ABŞ və Gürcüstana nə verəcək, gözə çarpan nəticələri nə olacaq. Bizim üçün ən önəmlisi budur. Strateji tərəfdaşlığın konkret yol xəritəsi olmalıdır. Biz bununla bağlı ABŞ-nin yeni administrasiyası ilə danışıqlar aparmağa hazırıq və ümid edirik ki, danışıqlar uğurla başa çatdırılacaq”, - baş nazir söyləyib.

İ.Kobaxidze xatırladıb ki, Gürcüstanın ABŞ ilə nə vizasız rejimi, nə azad ticarəti, nə də birbaşa aviareysləri var.
“Biz strateji tərəfdaşlığın həm ölkəmizə, həm də əhalimizə konkret nəzərəçarpacaq nəticələr verməsini istəyirik. ABŞ ilə fəal dialoqa başlamaq istəyirik. Yeni administrasiya da bu barədə danışır”, - hökumət başçısı deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər