Cənubi Koreyanın Muan hava limanında qəzaya uğrayan Boeing 737-800 təyyarəsi 15 ildir qəzasız işləyirdi.
Teleqraf.com xəbər verir ki, bu barədə “Jeju Air” aviaşirkəti məlumat yayıb.
"Hazırda hadisənin dəqiq səbəbini və təfərrüatlarını müəyyən etməyə çalışırıq. Təyyarə 15 ildir istismardadır və bu müddət ərzində bir dəfə də olsun qəza qeydə alınmayıb”, – şirkət nümayəndəsi bildirib.
Xatırladaq ki, Muan hava limanında qəzaya uğrayan Boeing 737-800 təyyarəsində olan 181 nəfərdən 179-nun öldüyü bildirilib.
Onlardan 96 nəfərinin ölümü rəsmi olaraq təsdiqlənib.
Dəhşətli qəzadan sadəcə 2 nəfərin sağ çıxdığı açıqlanıb.
Hazırda hadisənin dəqiq səbəblərini öyrənmək üçün təyyarənin qara qutularının axtarışları davam edir.
Əraziyə polis, hərbçi və sahil-mühafizə xidmətinin əməkdaşları da daxil olmaqla, 700-dən çox canlı qüvvə cəlb edilib.