Rusiya Ukrayna ətrafında vəziyyətin nizamlanması üçün danışıqlara hazırdır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, danışıqlar böhranın köklü səbəblərini aradan qaldırmağa yönəlməlidir.
Lavrov vurğulayıb ki, söhbət, xüsusən Ukraynanın demilitarizasiyası və denazifikasiyası, onun bloklara qoşulmamış, neytral və nüvəsiz statusunun təmin edilməsi, Rusiyanın təhlükəsizliyinə uzunmüddətli təhdidlərin aradan qaldırılmasından gedir.