7 Yanvar 14:59
228
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreya məhkəməsi impiçment elan edilmiş prezident Yun Sok Yolun həbsinə dair orderin müddətini uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.

Buna səbəb bir neçə gün əvvəl Yolun həbs orderinin icrasının uğursuzluqla nəticələnməsi olub.

Belə ki, keçən həftə Seul məhkəməsi Cənubi Koreyada hərbi vəziyyətin tətbiqi qərarına görə fəaliyyəti müvəqqəti dayandırılmış Yun Sok Yolun həbsinə qərar verib.

Daha sonra Korrupsiyaya Qarşı Mübarizə üzrə Baş İdarədən olan müstəntiqlər onun iqamətgahına daxil olmağa çalışsa da, prezidentin təhlükəsizlik işçiləri buna icazə verməyiblər.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər