7 Yanvar 14:55
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023-cü ildə Dənizkənarı Bulvar İdarəsinin (DBİ) öhdəlikləri 64,1 % artaraq 24,042 milyon manata, balans kapitalı isə 1,4 % artaraq 349,554 milyon manata çatıb.

Teleqraf.com qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, cəmi gəlirləri 19,7 milyon manat, cəmi xərcləri isə 17,09 milyon manat təşkil edib.

Qurumun 2023-cü ilin sonuna məfəəti 2,6 milyon manat olub. Hesabat dövründə Dənizkənarı Bulvar İdarəsinin pul vəsaitləri azalaraq 568,6 min manat olub. 2022-ci ildə bu rəqəm 1,6 milyon manat olub.

Ötən il yanvarın 1-nə DBİ-nin aktivləri 373,596 milyon manat olub. Bu da illik müqayisədə 3,9 % çoxdur.


Müəllif: Teleqraf.com