Avrozonada illik inflyasiya ardıcıl olaraq son üç ayda artaraq yanvarın 1-nə 2,4%-ə çatıb.
Teleqraf.com xəbər verir ki, baza inflyasiya dördüncü aydır ki, 2.7% səviyyəsində saxlanılıb. Xidmətlər üzrə inflyasiya isə 3.9%-dən 4%-ə enib.
Avrozonanın ən böyük iqtisadiyyatına sahib Almaniyada illik inflyasiya 2024-cü ilin dekabrında 2,6% təşkil edib. Fransada isə bu rəqəm 1,8% olub.
Avrozona iqtisadiyyatı üçüncü rübdə 0,4% artıb.