7 Yanvar 10:08
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa prezidenti məhv olmaq üçün qurban verilmiş Ukraynaya baxmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Emmanuel Makronun ötən gün səsləndirdiyi fikirləri şərh edərkən söyləyib.

O, jurnalistlərə açıqlamasında Fransa prezidentini yalan danışmaqda ittiham edib.

“Yalanlara şərh verə bilmərəm. Mən hamının qarşısında duran məhv edilmiş Ukrayna problemini şərh edirəm. Bu gün hamının üzləşdiyi əsl problem dağıdılmış Ukraynadır”.

Qeyd edək ki, ötən gün E.Makron Fransa səfirləri ilə keçirdiyi görüşdə Rusiyanın qonşu ölkələrdə daha aqressiv olduğunu bildirib. O, bu kontekstdə Gürcüstanı xatırladıb və qeyd edib ki, ölkə seçki proseslərinin sabitliyinin pozulması və bülletenlərin seçki qutularına atılması yolu ilə Rusiyanın aqressiv münasibətinin şahidi olub.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər