7 Yanvar 10:30
348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Xalq Respublikasının sədri Si Cinpin zəlzələdən zərər çəkmiş Tibet Muxtar Rayonuna dəstək əmri verib.

Teleqraf.com xəbər verir ki, bu barədə “CCTV” məlumat yayıb.

Qeyd olunub ki, Çin lideri müvafiq qurumlara sakinlərin xilas edilməsi və onlara yardım göstərilməsi üçün maksimum səy göstərilməsini tapşırıb.

Səlahiyyətli idarələr ikinci dərəcəli fövqəladə hallara səbəb ola biləcək riskləri aradan qaldırmalıdırlar.

Si Cinpin, həmçinin təxliyə edilənlər və zərərçəkənlər üçün lazımi şəraitin yaradılmasını əmr edib.

Qeyd edək ki, Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda baş vermis 7.1 bal gücündə zəlzələ nəticəsində 53 nəfər ölüb, 62 nəfər yaralanıb.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər