7 Yanvar 15:54
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il yanvarın 1-nə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 10 milyard 959.5 milyon ABŞ dolları təşkil edib. 2024-cü il ərzində bankın rəsmi valyuta ehtiyatları 653,5 milyon dollar azalıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin 11 ayında valyuta ehtiyatları 10 milyard 967.8 milyon ABŞ dolları təşkil etmişdi. Beləliklə, dekabrda Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 8,3 milyon dollar azalıb.

2024-cü ilin noyabrında oktyabr ayı ilə müqayisədə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 403,9 milyon dollar azalmışdı.

Tənzimləyicidən verilən məlumata görə, xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə xüsusi satışlar valyuta ehtiyatlarının azalmasına səbəb olub.


Müəllif: Teleqraf.com