Əmtəə bazarlarında çayın qiyməti hər kiloqrama görə 7.44% azalaraq 170.07 Hindistan rupisinə, dollar ekvivalentində 1,98 dollara ticarət edilib.
Teleqraf.com xəbər verir ki, buğdanın bir buşelinin qiyməti 0.73% azalaraq 536.56 ABŞ dolları olub.
Günəbaxan yağı 0.67% ucuzlaşaraq hər tona 1250.50 ABŞ dolları, kərə yağının qiyməti isə 1.18% artaraq hər tona 7285.00 avroya ticarət edilib.
Qeyd edək ki, dünyanın ən böyük çay istehsalçıları və ixracatçıları Çin, Hindistan, Keniya və Şri-Lankadır. Bu ölkələr qlobal məhsulun təxminən 75%-ni təşkil edir.
Hindistan dünyanın ən böyük kərə yağı istehsalçısıdır, ondan sonra ABŞ və Yeni Zelandiya gəlir.
Ən böyük buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ, Fransa, Avstraliya və Kanadadır.