Tovuzda intihar hadisəsi baş verib.
Teleqraf.com-un qərb bürosu xəbər verir ki, rayon mərkəzində yerləşən Xəqani küçəsi ev 34-də kirayədə yaşayan 24 yaşlı Məmmədova Şəbnəm Sərhəddi qızı özünə qəsd edib.
Onun evin hamamında həyatına son qoyduğu bildirilir.
Ailəli olan Ş.Məmmədovanın bir uşağı qalıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.