Gürcüstanın Laqodexi rayonunun azərbaycanlılar yaşayan Qabal kəndində 40 yaşlarında olan kişinin meyiti aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, meyit kənd qəbiristanlığının yaxınlığında tapılıb.
Yerli sakinlər həmin şəxsin qəbirqazan işlədiyini və bir neçə ay öncə bəzi sakinlərlə mübahisə etdiyini bildiriblər. Həmin insidentdən sonra o yoxa çıxıb. Bu səbəbdən həmin şəxsin qətlə yetirildiyi ehtimal edilir.
Yayılan məlumatlara əsasən, bir neçə gün əvvəl həmin şəxsin mobil telefonu və şəxsiyyət vəsiqəsi tapılıb.
Faktla bağlı araşdırma aparılır.