Azərbaycanda terrorçuluğa və dövlətə qarşı açıq çağırışlar etməkdə ittiham olunan Həmzə Məmmədlinin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.
Dövlət ittihamçısı Həmzə Məmmədlinin 8 il müddətinə azadlıqdan mərhum edilməsini təklif edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Müşavirə keçirən hakimlər heyəti Həmzə Məmmədlinin barəsində hökm elan edib.
Məhkəmənin hökmü ilə Həmzə Məmmədli 6 il müddətinə azadlıqdan mərhum edilib.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Həmzə Məmmədlinin barəsində Cinayət Məcəlləsinin 214-2 (Terrorçuluğa açıq çağırışlar) və 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib.
Məlum olub ki, Həmzə Məmmədli barəsində 2018-ci il iyulun 18-də axtarış elan edilib.