İsrail Müdafiə Nazirliyi “Elbit Systems” şirkəti ilə ağır hava bombalarının tədarükünə dair 2 müqavilə imzalayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, 1 milyard şekel (təxminən 275 milyon dollar) dəyərində olan müqavilələr ağır aviabombaların tədarükünü və ölkədə silah-sursat üçün xammal istehsalı zavodunun yaradılmasını nəzərdə tutur.
Nazirlikdən verilən məlumata görə, bu strateji razılaşmalar İsrail Müdafiə Qüvvələrinin (IDF) əməliyyat dözümlülüyünün və potensialının artırılması üçün çox vacibdir.
Bu iki müqavilənin İsrailin idxaldan asılılığını azaltmaq məqsədi daşıdığı vurğulanıb.