Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili yeni ofisdə brifinq keçirib.
Teleqraf.com xəbər verir ki, o, məkanın prezident sarayının davamı olduğunu deyib.
Onun sözlərinə görə, prezident funksiyasını yeni qərargahda davam etdirəcək.
“Gürcüstan hazırda çox dərin böhrandadır. Bu ölkədə ədalət yoxdur. Parlament və hökumət qeyri-legitimdir”, - S.Zurabişvili söyləyib.
Sabiq dövlət başçısı hazırkı hökumətin və prezidentin “de-fakto” olduğunu vurğulayıb.
Qeyd edək ki, S.Zurabişvilinin dövlət başçısı kimi səlahiyyət müddəti ötən ilin dekabrın 29-da başa çatıb. O, həmin gün Orbeliani sarayını tərk edib. V prezident özünü Gürcüstan hakimiyyətinin yeganə legitim nümayəndəsi hesab edir.