00:53
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukrayna Almaniyadan “Taurus” raketlərini almaqda israrlıdır".

Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Almaniyanın "Tagesschau" televiziya kanalına müsahibəsində deyib.

Sibiqa bildirib ki, bu raketlər cəbhədəki vəziyyətə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Nazirin sözlərinə görə, Ukrayna diqqətini sürətlə silah tədarükünə yönəltməlidir.

"Ukraynanın əlavə dəstəyə ehtiyacı var. Bu yardımın gücləndirilməsi ədalətli sülhün daha tez bərqərar olmasına kömək edəcək".

Baş diplomat müttəfiqlərin, xüsusən də, uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin götürülməsinə dair qətiyyətli qərar verəcəklərinə ümidini ifadə edib.

O, ABŞ-nin yeni prezidenti Donald Trampın inauqurasiyasından sonrakı dövrü Ukrayna üçün şans kimi qiymətləndirib.

Qeyd edək ki, daha əvvəl Almaniya Sosial Demokrat Partiyası (SPD) Kiyevi “Taurus” qanadlı raketləri ilə təmin etməkdən imtinanı özündə əks etdirən seçki proqramını təsdiqləyib.

Xatırladaq ki, Kiyev uzun müddətdir ki, Berlindən təqribən 500 km uçuş məsafəsinə malik “Taurus” raketlərini istəyir. Olaf Şolts mövcud vəziyyətin daha da gərginləşməsindən qorxaraq onların Ukraynaya təhvil verilməsi ehtimalını dəfələrlə rədd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər