Beynəlxalq Ədalət Məhkəməsinin sədri Nəvaf Salam Livanın Baş naziri təyin edilib. O, ölkənin yeni hökumətini formalaşdıracaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Livan Prezidentinin Aparatının bəyanatında deyilir.
“Prezident Cozef Aun parlament fraksiyaları ilə məsləhətləşmələrdən sonra Nəvaf Salama Livanın yeni hökumətini qurmağı tapşırıb”, - fərmanda qeyd olunub.
Qeyd edək ki, 71 yaşlı diplomat və hüquqşünas Nəvaf Salam 2007-2017-ci illərdə Livanın BMT-dəki daimi nümayəndəsi olub. 2018-ci ildə o, Beynəlxalq Ədalət Məhkəməsinin üzvü seçilib, 2024-cü il fevralın 6-da isə BƏM-in sədri seçilib. Salam Beyrutun zadəgan ailəsinə mənsubdur, onun əmisi oğlu Tammam Salam 2014-2016-cı illərdə Livan hökumətinə rəhbərlik edib.