01:04
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden Vaşinqtonun Kiyevə dəstəyinin Rusiya ilə nüvə qarşıdurması riski yaratdığını bildirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Bayden xarici siyasətlə bağlı yekun çıxışında danışıb.

“Mənim iki vəzifəm var idi: Ukraynanın müdafiəsi üçün dünyanı birləşdirmək və iki nüvə dövləti arasında müharibədən qaçmaq. Biz hər ikisi ilə məşğul olduq”, - prezident deyib.

Bayden həmçinin bildirib ki, ABŞ və müttəfiqləri Ukraynaya dəstəkdən əl çəkməməli və Kiyevə yardımı davam etdirməlidirlər.

“Daha çox iş görmək lazımdır. Biz təkcə Avropada deyil, Asiyada ilk dəfə olaraq Ukraynanı dəstəkləmək üçün 50 ölkəni birləşdirdik”, - o qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər