Məşhur ispan yazıçısı Xavyer Marias vəfat edib.
Teleqraf.com xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra evində dünyasını dəyişib.
Xavyer Mariasın 17 yaşında yazdığı "Canavar dominyonlar" bestseller olub.
1986-cı ildə “Sentimental adam”ı, 1988-ci ildə hadisələrin Oksford Universitetində baş verdiyi “Bütün ruhlar”ı, 1992-ci ildə “Bəyaz qəlb” adlı əsərini yazıb. 1994-cü ildə çap olunan romanı olan “Sabahkı döyüşdə özünü düşün” ilə Venesuelanın “Romulo Gallegos” mükafatına layiq görülüb.
Marias həm də tərcüməçilik fəaliyyəti ilə məşğul olub. Nobakov, Şekspir, Folkner kimi məşhur imzaları ispan dilinə çevirən yazıçının 1986-cı ildən bəri yazdığı romanların hamısının qəhrəmanı tərcüməçilər olub.