3 İyul 2014 15:49
1 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarova xəstəxanadan evə buraxılıb.

Aktrisa ANS PRESS-ə açıqlamasında, ağrılarının olmadığını bildirdi:

"Gəzə bilməsəm də, danışmağa gücüm olmasa da çox şükür ağrılarım yoxdur. Müalicəm davam edir. Qanım çox azdır, həkimlər onu düzəltməyə çalışırlar. Bazar ertəsi yenə qan köçürəcəklər."

Əməkdar artist müalicəsinin Türkiyədə davam etdirilməsinin hələlik mümkün olmadığını deyir: "Gəzə bilmirəm axı. necə gedə bilərəm Türkiyəyə? Bir az özümə gəldikdən sonra yəqin ki, gedəcəm".


Müəllif: