Rusiyada Azərbaycan vətəndaşı yanan maşında həlak olublar.
Dəhşətli qəza Samara şəhərində qeydə alınıb.
Qəza iyul ayının 5-dən 6-na keçən gecə Avrora və Qaqarin küçələrinin kəsişməsində baş verib. Qəza zamanı "Chevrolet Cruze" və "Lada Priora" toqquşub.
"Chevrolet Cruze" markalı maşını 29 yaşlı gənc idarə edib. Digər maşının sükanı arxasında isə 31 yaşlı Azərbaycan vətəndaşı olub. İlkin məlumata görə, 29 yaşlı gəncin idarə etdiyi avtomobil işıqforun qırmızı işığında yola çıxıb və "Priora"ya çırpılıb.
Qəzadan sonra maşınlardan biri alışıb. Alışan "Priora"nın sürücüsü və 31 yaşlı sərnişini yanan maşından çıxa bilməyiblər. Nəticədə onlar hadisə yerində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
/ans press/