Türkiyədə məsciddə yanğın baş verib.
Əsənyurdda vaş verən yanğın zamanı məsciddə ciddi zərər dəyib. Məscid İmamı Həmzə Aydın bir həftə öncə təhdid edildiyini söyləyib. O bildirib ki, bu təhditdən sonra polisə müraciət etsəmdə bir nəticə olmadı:
"Mənə məscidin yandığını xəbər verəndə bildim ki o təhdit edənlər bunu ediblər. Hadisə şahidləri də var. Pilləkəni məscidə söykəyərək içəriyə girən şəxslər ilk öncə kitabxananı yandırıblar. O şəxslər mənə "Siz bizdən deyilsiniz, sizin yaşamağa haqqınız yoxdur. Siz daşa ibadət edirsiniz. Siz şiəsiniz, cəfərisiniz. Biz sizi yandıracaıq",-deyə bildiriblər. Bir həftə sonra da gəlib məscidi yandırdılar".
Hadisəni eşidib məscidə axışan insalar isə hadisələ əlaqədar məlumatlarının olmadığını söyləyiblər.
/ans press/