11 İyul 2014 18:06
1 017
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Belarusdan “Stilet” T382 zenit-raket komplekslərinin iri partiyasını sifariş verib.

Belarusun “Tetraedr” şirkəti hazırda sifarişin yerinə yetirilməsi ilə məşğuldur.

Şirkətin nümayəndəsi İqor Novik bildirib ki, “Stilet” kompleksləri bundan əvvəl də Azərbaycana ixrac edilib. Hazırda Azərbaycan ordusunun sərəncamında iki batareya “Stilet” kompleksləri var. Növbəti partiyada neçə batareya kompleksin olacağı açıqlanmayıb.

“Stilet” zenit-raket kompleksləri quru qoşunlarının, strateji hərbi və mülki obyektlərin istənilən hava hücumundan müdafiəsi üçün nəzərdə tutulub. Kompleks Ukraynanın “Luç” hərbi zavodunda istehsal edilən ikipilləri T382 idarəolunan zenit raketləri ilə təchiz edilib.

Raketlər 250 metrdən 10 min metrə qədər hündürlükdə istənilən hava hədəfini dəqiq nişan almağa imkan verir.

Kompleks müasir radielektron və radilokasiya izləmə vasitələrinin köməyi ilə eyni anda 48 hava hədəfini aşkar edir, onları 28 kilometr məsafədən izləyə bilir.

Kompleks bir hədəfə idarəolunan zenit raketi vasitəsilə iki zərbə endirmək imkanındadır. Bu da hədəfin tamamilə məhv edilməsinə təminat yaradır.

/azpolitika/


Müəllif: