14 İyul 2014 17:16
1 288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Qazax rayon təşkilatının sabiq sədri İsmayıl Cahangir oğlu Miralayev hakim Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq üçün partiyanın Qazax rayon təşkilatına ərizə ilə müraciət edib.

Məlumata görə, İ.Miralayev öz müraciətində bildirir:

"Mən Yeni Azərbaycan Partiyasının Nizamnamə və Proqramını oxuyub tanış olmuşam və bəyənirəm. Partiyanın apardığı xarici və daxili siyasəti dəstəkləyirəm. Heydər Əliyev ideyalarına sadiq qalacağıma söz verirəm.

2005-ci ildə Müsavat Partiyasından istefa verdikdən sonra da müxalifət daxilində gedən prosesləri izləyirəm. Müşahidələrim əsasında belə qənaətə gəldim ki, müxalifət partiyaları heç zaman milli maraqlarımızı, Qarabağı düşünmür. Onlar yalnız şəxsi məqsədlərinə çatmağa çalışırlar və işləri birbilərilə didişməkdir".

Xatırladaq ki, İ.Miralayev 1994-cü ildə Müsavat Partiyasının sıralarına qoşulub, 1997-2005-ci illərdə Müsavat Partiyası Qazax rayon təşkilatının sədri olub.

O, 2005-ci il parlament seçkiləri ərəfəsində 100 nəfər müsavatçı ilə birlikdə bəyanat verərək bu partiyanı tərk edib. Beləliklə, rayon təşkilatı bütövlükdə istefaya gedib.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər