16 İyul 2014 16:15
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov dünyanın ən bahalı yaxtası olan “Luna”nı alıb.

Alınan məlumata görə, F. Əhmədov “Luna”nı digər milyarder, “Çelsi” futbol klubunun sahibi Roman Abramoviçdən satın alıb.

Yaxta dənizdə və okeanda suyun müxtəlif hündürlüklərində üzə bilir. “Luna” tərkibində olan xüsusi qurğu ilə 45 tonluq dəniz suyunu içməli suya çevirmək gücünə malikdir.

Yaxtanın generatorları o qədər enerji istahsal edir ki, bu enerji ilə bir 17 min əhalisi olan hər hansı bir Avropa ölkəsinin təminatını ödəmək olar.

/1news.az/


Müəllif:

Oxşar xəbərlər