16 İyul 2014 16:44
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhərində yerləşən "Mərsin" kafesində standartların tələblərinin pozulduğu aşkar edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən, fiziki şəxs Yıldırım Məhəbbət Abduşəkor qızına məxsus "Mərsin" kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilib.

Yoxlamalar zamanı kafenin mətbəxində antisanitar şəraitin hökm sürdüyü, soyuducuda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna əməl edilmədiyi aşkar edilib. Həmçinin, kafedə hazırlanan toyuq və ət dönərinin, istehsalda istifadə olunan xammalların və qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən edən gigiyenik və uyğunluq sertifikatlarının olmadığı məlum olub.

Bundan başqa müəssisədə yeməklərin hazırlanması zamanı heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, aşbazın peşə təhsilini təsdiq edən sənədin olmadığı, müəssisədə istifadə olunan 3 ədəd ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi müəyyən edilib.

Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisədə dönərin istehsalı və satışı qadağan edilmiş, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilmiş, müəssisə rəhbərinə inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir.

/trend/


Müəllif:

Oxşar xəbərlər