17 İyul 2014 16:55
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı hüquq müdafiəçiləri ermənilərin girov götürdüyü azərbaycanlılarla bağlı BMT-yə müraciət ediblər.

Bu barədə Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Komitəsinin rəhbəri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib. Onun sözlərinə görə, müraciətdə BMT-yə işğal olunmuş torpaqlarla bağlı özünün qəbul etdiyi qətnamələr xatırladılıb.

N. Cəfəroğlu qeyd edib ki, müraciətdə Monitorinq qrupunun üzvləri qoşulub.

Burda diqqət çəkən məqam Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun müraciətə qoşulmamasıdır.

N. Cəfəroğlu bildirib ki, onlar heç kimə təklif etməyiblər.
“Onsuz da bizi yerli-yersiz tənqid edir, təhqir edirlər. Özləri bilər, qoşularlar, ya yox. Biz öz müraciətimizi etmişik”-deyə hüquq müdafiəçisi qeyd edib.

Azərbaycan hökumətinə qarşı tənqidləri ilə seçilən L. Yunusun ümumiyyətlə bu məsələyə mövqe bildirməməsi suallar yaradır. Çünki onunla bağlı ermənilərlə işbirliyi səpkili xəbərlər tez-tez gündəmə gəlir. Sonuncu dəfə ermənilərlə təmaslarda ittiham olunan jurnalist Rauf Mirqədirov işi üzrə də L. Yunus əsas simalardan idi. Onun “xalq diplomatiyası” adı altında erməni həmkarları ilə müxtəlif layihələr həyata keçirdiyi faktdır.

Buna ən dəqiq nümunə kimi Ermənistanın hüquq müdafiəçisi Laura Bağdasaryanla birgə təsis etdikləri www.publicdialogues.info saytını göstərmək olar.

/publika.az/


Müəllif:

Oxşar xəbərlər