17 İyul 2014 18:59
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucarda vəhşi heyvanlar kənd sakinlərinə hücum edib.


Alınan məlumata görə, hadisə rayonun Qazyan kəndində baş verib.


Kənd sakini, 44 yaşlı Qasımov Muğdət Nüsrət oğlu həyətyanı sahədə təmizlik işləri görərkən çaqqal ona hücum edib və ayaq nahiyəsindən xəsarət yetirib. Ucar Rayon Mərkəzi xəstəxanasından APA-ya verilən məlumata görə, M. Qasımova quduzluğa qarşı vaksin vurulub və o, evə buraxılıb.


Qeyd edək ki, oxşar hadisə həmin kənddə 3 gün əvvəl baş verib. Caqqal kənd sakini, 42 yaşlı Qurbanov Xudayar Həsən oğluna hücum edərək xəsarət yetirib.

/apa/


Müəllif:

Oxşar xəbərlər