Teleqraf.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ötən gecə Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində dinc əhaliyə qarşı törədilən cinayətə son qoyulması tələbi ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
Hicran Hüseynova onu da vurğulayıb ki, bu gün həmin uşaqların sırasında 2 yaşlı Zəhra da qoşulub: “Təəssüf ki, bu gün bir çox beynəlxlaq təşkilatlar 2 yaşlı Zəhranın fotolarının yayılmasına qarşı çıxırlar. Biz çox çətin dövrdə yaşayırıq. Qəribədir ki, beynəlxalq təşkilatlar mövqelərini orijinal formada bildirirlər.
Bu gün ötən gecə yaşanan hadisə ilə bağlı bir sıra beynəlxalq təşkilatın bəyanatını oxudum. Heç bir təşkilat aqressiv Ermənistan siyasətinə münasibət bildirmək istəmir. Sadəcə tərəflərə dinc yolla məsələni həll etmək tövsiyə edilir. Axı bizim nə günahımız var. Nə üçün bizim balalarımız bu siyasətin qurbanı olmalıdır?”