8 İyul 2017 23:25
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Tramp ilə Hamburqda G20 sammiti çərçivəsində görüş keçirib.

Teleqraf.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ölkə başcılarının görüşləri "Messe" konfrans mərkəzində keçirilib və 20 dəqiqə sürüb.

Qeyd edək ki, ötən gün Türkiyə prezidentinin "Qlobal inkişaf və ticarət" mövzusunda keçirilən sessiya zamanı ABŞ prezidenti ilə qısa görüşü olub. Görüşdə Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu iştirak edib.


Müəllif: Teleqraf.com