II və III ixtisas qrupunun abituriyentləri üçün keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, 2 nəfər 700 bal toplayıb.
Onların hər ikisi II ixtisas qrupunun abituriyentləridir. III ixtisas qrupundan isə maksimum nəticə göstərən olmayıb.
II və III qrupların müsabiqə şərtləri barədə yaxın zamanda məlumat veriləcək.
/publika.az/