Şumaxerin həyat yoldaşı Korinna ailəyə məxsus təyyarəni satışa çıxardıb.
Teleqraf.com publika.az-a istinadən xəbər verir ki, 8 nəfərlik “Falkon -2000 EX” markalı təyyarəyə 20 milyon avro qiymət qoyulub.
Karina bildirib ki, təyyarənin satışından əldə olunan vəsaiti Şumaxerin müalicəsinə sərf edəcəklər.
Qeyd edək ki, Şumaxer dağda xizək sürərkən yıxılmış və komaya düşmüşdü. Ünlü pilot 6,5 ay komada qalandan sonra özünə gəlmişdi.
/publika.az/