Lənkəran rayonundakı Hirkan Milli Parkında yanğın davam edir.
Teleqraf.com FHN-in rəsmi saytına istinadla xəbər verir ki, yanğı hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür.