31 İyul 2014 13:10
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QCS-nin “20 Yanvar” stansiyasında fəaliyyət göstərən ticarət obyektlərinin bəziləri sökülüb.

Stansiya rəhbərliyindən bildirilib ki, yalnız metropolitenin balansına aid olan, xəzinənin arxasında yerləşən obyektlərin sökülməsinə qərar verilib.

Ticarət obyektlərinin sahibləri isə deyiblər ki, “Bakı Metropoliteni” QCS-nin sədri Zaur Hüseynov Ramazan bayramından öncə stansiyaya baxış keçirib, bayramdan sonra xəzinənin arxasında olan giriş və çıxışdakı obyektlərin sökülməsi barədə göstəriş verib. Bu, sərnişinlərin sərbəst hərəkətini təmin etmək məqsədilə olub.

Sahibkarlar qeyd edib ki, digər obyektlər metropolitenin balansına aid olmadığından sökülməyəcək.

/APA/


Müəllif:

Oxşar xəbərlər