Sankt-Peterburqda Qazaxıstan səfirini soyublar.
Məlumata görə, iyulun 30-da Qazaxıstanın Rusiyadakı səlahiyyətli səfiri, 71 yaşlı Bekjasar Narbayev Sankt-Peterburqun 76-cı polis bölməsinə ərizə ilə müraciət edib.
O bildirib ki, Qonçarnı küçəsindəki otelin restoranında səhər yeməyi yeyərkən portfeli oğurlanıb.
Portfelin içində diplomatik pasport, iki fotoaparat və pul varmış.
Hadisə ilə bağlı cinayət işi açılıb.
/publika.az/