31 İyul 2014 17:26
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Hadı Rəcəbli Lənkəran uşaq xəstəxanasının köhnə binasında bank və restoran açıb.


Məlumata görə, Hadı Rəcəbli Lənkəran uşaq xəstəxanasının köhnə binasında "Zaminbank"ın yerli filialını açıb. Deputat ona məxsus olduğu deyilən bankı uşaq xəstəxanasının köhnə binasını təmir etdikdən sonra bura köçürüb.

Binanın üst mərtəbəsi isə restoran kimi fəaliyyət göstərəcək. Bu restoranda şənliklər, doğum günləri, nişan mərasimlərinin keçirilməsi nəzərdə tutulub. Məlumata görə, deputat sözügedən binanı özəlləşdirib.

/axar.az/


Müəllif:

Oxşar xəbərlər