8 Noyabr 2018 14:51
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın ən böyük və tarixi şəhərlərindən olan və Amerikanın təhsil mərkəzlərindən biri kimi tanınan Boston şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, Amerikanın Azərbaycan icmasının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tədbirin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər çərçivəsində növbəti tədbir olduğunu qeyd edib.

Müsəlman şərqində ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin mirası olan bayrağın 100 il öncə cümhuriyyət qurucuları tərəfindən ucaldılmasından bəhs edən səfir, Azərbaycanın müstəqillik qazanmasından sonra bir daha onun ölkəmizin rəmzinə çevrildiyini bildirib.

Daha sonra Azərbaycan Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli çıxış edərək Azərbaycanda innovativ texnologiyaların inkişafı üçün atılan addımlar, startap ekosisteminin inkişafı üzrə görülən işlər, aparılan islahatlar barəsində danışıb.

Bostonda yaşayan Azərbaycan icmasının nümayəndəsi Mirkamran Abdullayev çıxış edərək bayraq gününün hər bir azərbaycanlı üçün önəmindən bəhs edib.

Qeyd edilib ki, eyni gündə Azərbaycandan səfər etmiş geniştərkibli nümayəndə heyətinin iştirakı ilə birinci ABŞ-Xəzər İnnovasiya Forumu keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər