“Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Erməni işğalı nəticəsində bir milyon azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün olmaq məcburiyyətində qalıb”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədəki mərkəzində öz işinə başlayan “İnsan Hüquqları Şurasının 40-cı iclasında”deyib.
Onun sözlərinə görə, yüzlərlə azərbaycanlının qətlə yetirildiyi Xocalı qətliamı unudulmamalıdır.