31 May 2021 00:14
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin bəzi məhdudiyyətləri aradan qaldırılır.

Teleqraf.com xəbər verir ki, bunlardan biri saat 06:00-dan açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə edilməsi tələbinin ləğv olunmasıdır.

Məlumat üçün ki, qapalı məkanlarda maska istifadəsi mütləqdir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər