27 Dekabr 2022 22:12
1 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Haber 7” saytı 2022-ci ildə ölkənin həyatında baş verən önəmli olaylardan yazıb.

Teleqraf.com xəbər verir ki, mühüm hadisələri bir-bir sadalayan mənbə Türkiyə-Azərbaycan münasibətlərindəki gəlişmələrə də diqqət çəkib.

Materialda Türkiyə və Azərbaycanla bağlı iki mühüm məqam yer alıb:

"Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azərbaycandakı mandatının 17 noyabr 2022-ci il tarixindən 1 il müddətinə uzadılması ilə bağlı prezidentin təklifi Türkiyə parlamentinin Baş Assambleyasında qəbul edildi. Qanun layihəsində beynəlxalq və legitim suveren hüquq çərçivəsində, ərazi bütövlüyü də daxil olmaqla bütün hüquqlarını müdafiə edə bilməsi üçün Azərbaycana güclü dəstək verən Türkiyənin bölgədə sülh və sabitliyin möhkəmləndirilməsinə və bunun üçün iqtisadi infrastrukturun qurulmasına və dirçəldilməsinə töhfəsi xatırladılır.

2022-ci il fevralın 3-də Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin təsdiq edilməsi təklifi Türkiyə parlamenti tərəfindən təsdiqlənərək qanuna çevrildi. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, belə demək mümkünsə, qardaşlıqdan da o yana keçdi”.

Manşetdə yer verilən material “Düşmənlər bir daha düşünəcək: Qardaşdan da o yana” başlığı ilə oxucularına təqdim olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər