12 Aprel 2023 21:45
20 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəhbərliyi bir neçə aydır, sərhəddə möhkəmlənmə işləri aparır, hücum əməliyyatlarına hazırlıq görürdü”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən sərhəd istiqamətində mühəndis-istehkam işlərinin aparılması bu təxribatçı planın tərkib hissəsidir:

“Ötən gün Azərbaycanın şifahi xəbərdarlığına silahla cavab verməsi bu ölkənin sülhdə maraqlı olmadığını göstərir. Videogörüntüdən də bəlli olur ki, Azərbaycan hərbçilərinin xəbərdarlığı şifahi olub. Başqa niyyətimiz olsaydı, ora dörd-beş hərbçi ilə yox, texnika və ağır silahlarla gedərdik. Azərbaycan hərbçiləri ora yalnız danışıqlar üçün getmişdilər.

Ermənilər isə öz düşmənçilik xislətinə sığınaraq, hərbçilərimizə qarşı silah işlətdilər, postlarımıza artilleriyadan atəş açdılar. Ermənistanın əsas məqsədi həmişəki kimi, Azərbaycanı təxribata çəkmək və onu beynəlxalq ictimaiyyətə “aqressor” kimi göstərmək idi.

Ermənistan Avropa İttifaqının missiyasından narazıdır, buna görə də KTMT missiyasını sərhəddə yerləşdirmək istəyir. Bu təxribatları da ona hesablanıb.

İranın da bu erməni təxribatlarında maraqlı olduğu və dəstək verdiyi təkzibolunmazdır. İran və Ermənistan arasında hərbi və kəşfiyyat sahələrini əhatə edən razılaşma var. Son təxribat zamanı SEPAH-ın Azərbaycanla sərhəddə kəşfiyyat dronlarını havaya qaldırması barədə məlumatın yayılması da bu baxımdan təsadüfi deyildi. Ermənistana silah-sursat və dron verən İran bununla Ermənistanı “cəsarətləndirməyə” və sülh danışıqlarından yayındırmağa çalışır”.

Məhəmməd Əsədullazadə ABŞ-ın Azərbaycan və Ermənistan arasında vasitəçilik səylərinə də diqqət çəkib:

“Son təxribatdan əvvəl liderlərin Vaşinqtonda görüşəcəyi barədə məlumat yayılmışdı. Hesab edirəm ki, növbəti görüşün ABŞ-ın paytaxtında keçirilməsi mümkündür. Amma İran və Rusiya Ermənistanı qızışdıraraq, ABŞ-a maneə olmağa çalışır. Buna görə də, ilk növbədə, ABŞ Ermənistana xəbərdarlıq etməlidir ki, İran və Rusiya ilə arasında məsafə saxlasın. ABŞ İran və Rusiyanın bölgədə güclənməsində maraqlı deyil.

Xüsusən də terror təşkilatı kimi tanıdığı SEPAH-ın Ermənistanda özünə yer etməsi Vaşinqton üçün qəbuledilməz olmalıdır. SEPAH isə bölgədə sülhə mane olmaq üçün Rusiya ilə birlikdə çalışır. Bu durumda ABŞ-ın hansı qərarı verəcəyi qarşıdakı günlərdə bəlli olacaq. Hər halda Ermənistan ABŞ-a meydan oxuya biləcək ölkə deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər