“Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq istəyirik”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.
“Əsas məqsədimiz Azərbaycanla sülh şəraitində yaşamaq problemini həll etməkdir, regionda uzunmüddətli və sabit sülhün bərqərar olmasının tərəfdarıyıq, siyasətimiz buna yönəlib və bu məsələdə beynəlxalq tərəfdaşlarımızdan dəstək gözləyirik. Ölkəmizdə əmin-amanlıq içində yaşamaq və qonşularımızla olan problemləri sülh yolu ilə həll etmək, qonşuluq münasibətlərini inkişaf etdirmək istəyirik”, - prezident vurğulayıb.