15:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ildə Azərbaycana əczaçılıq məhsullarının idxalı azalıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, il ərzində Azərbaycana 507 milyon 557 dollar dəyərində 20 min 145 ton dərman idxal edilib. Bu, 2023-cü illə müqayisədə 23.7 faiz, yəni, 6 min 260 ton azdır. Ümumilikdə Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 10%-ə yaxın azaldıb.

Qeyd edək ki, illik hesabatda dərman idxalı ümumi idxalın 2.41 faizini təşkil edib.

Onu da bildirək ki, ötən il ölkənin emal sektorunda əczaçılıq məhsullarının istehsalı 81,5 faiz artıb.


Müəllif: İlahə Səlimova

Oxşar xəbərlər