16:01
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Olimpiya komandasının 7 idmançısı cüdo, taekvondo, boks, yunan-Roma və sərbəst güləş idman növü üzrə medal qazanıb.

Teleqraf.com xəbər verir ki, mükafat qazanan olimpiyaçılarımız bu ay Milli Olimpiya Komitəsinə medalların keyfiyyətini itirməsi ilə bağlı müraciət ediblər. Medallardan 2-si qızıl, 2-si gümüş, 3-ü isə bürünc olub.

Milli Olimpiya Komitəsi həmin idmançıların müraciəti əsasında araşdırmalar aparıb və nəticədə məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedovdan (97 kq) başqa, digər beş idmançının medallarında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib.

Məlum olub ki, cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşim Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Milli Olimpiya Komitəsi bu araşdırmaların nəticəsi olaraq Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət ünvanlayıb. BOK-dan bu müraciətlə bağlı cavab gəldikdən sonra medalların geri qaytarılması və yeniləri ilə əvəz olunmasıyla bağlı növbəti addımlar atılacaq.


Müəllif: Royal Həsənov

Oxşar xəbərlər