Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, pilotlardan biri sağ qalıb, digər pilotdan isə hələ məlumat yoxdur.
Konya valisi Muammer Erol verdiyi açıqlamasında Azərbaycan ilə birgə hərbi təlimlər zamanı “F-4” hərbi təyyarəsinin yerli vaxtla saat 9:48-də qəzaya uğradığını bildirib. Qəzanın səbəbləri barədə məlumat verilmir.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Teleqraf.com-a açıqlamasında bildirib ki, təlimlərdə iştirak edən Azərbaycan təyyarələri və heyət üzvləri sağ-salamatdır və tam heyətlə təlimləri davam etdirir. Onun sözlərinə görə, qəzaya uğrayan “F-4” E 2020 tipli hərbi təyyarə Türkiyə HHQ-ya məxsusdur.
Murad