8 İyul 2014 16:31
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nejdət Özəl avqustun 30-da istefaya gedəcək.

Türkiyənin "Vətən" qəzetinə istinadən verilən xəbərə görə, istefaya səbəb kimi N.Özəlin səhhətində yaranan problemlər göstərilir.

Baş Qərargah bu xəbəri nə təsdiq, nə də təkzib edib.

Qeyd edək ki, N.Özəl bu vəzifəyə 2011-ci il avqustun 4-də təyin olunub.

/trend/


Müəllif: