8 İyul 2014 17:01
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-nın bəzi diplomatları hərdən elə məntiqsiz açıqlamalar verir ki, oxuyanda bunların diplomat olmaları haqqında şübhələr yaranır”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında politoloq Ramiz Alıyev səsləndirib. Onun sözlərinə görə, bu cür açıqlama ilə terrorçu bir ölkədə nüfuz qazanmaq niyyətindədirsə, o səfirə yazığım gəlir:

“Təmsil etdiyi ölkə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb hörmət etdiyi halda, bu cür diplomatların sərsəm bəyanatları məntiqsiz və gülüncdür. O və onun kimi düşünən dipomatlar heç narahat olmasınlar, Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdə həmin "diplomatları" tarixi torpaqlarımıza dəvət edəcəyik. İlk olaraq, Şuşa şəhərində yerləşən Cıdır Düzündə at çapmağı, Kəlbəcərdə müalicəvi İsti suyun faydalarını, Zəngilanda dünyanın ikinci, Avropanın birincisi olan nəhəng ağacları, Laçın, Xocalı, Xankəndi, Xocavənd, Ağdam, Cəbrayıl, Qubadlının tarixi abidələrini göstərəcəyik, Füzulidə yerləşən qədim yaşayış məskənlərində erməni izinin olmamasını və Azərbaycana aid olduğunu sübut edib bir daha ağıllarına gələn sərsəm bəyanatlar verməmələrini tövsiyə edəcəyik. Həmin diplomatlar indidən hazırlaşa bilərlər, çünki o gün yaxında olacaq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər