Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov iyulun 31-dən avqustun 3-dək Serbiya, eləcə də Bosniya və Herseqovinada səfərdə olacaq.
Bu barədə Teleqraf.com-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, həmin tarixlərdə Avropa Demokrat Gənclər İcmasının idarə heyətinin iclası və bu qurumun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək. Sözügedən tədbirdə aktual olan siyasi, iqtisadi mövzuda məsələlər, həmçinin Avropa Demokrat Gənclər İcmasına üzv olan təşkilatlar arasında əməkdaşlığın genişləndirilməsi, müştərək layihələr və tədbirlərin keçirilməsi barədə müzakirələr aparılacaq.
Səxavət